Macarıstan və Serbiya arasında neft kəmərinin tikintisi sürətləndiriləcək
Dünya
101
17:00, Bu gün

Macarıstan və Serbiya arasında neft kəmərinin tikintisi sürətləndiriləcək

Macarıstan və Serbiya iki ölkə arasında neft kəmərinin müştərək tikintisini sürətləndirmək barədə razılığa gəliblər.

Moderator.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto özünün “X” hesabında məlumat verib.

Onun sözlərinə görə kəmərin Macarıstanın payına düşən 190 kilometrlik hissəsinin tikintisi 2027-ci ilin sonuna qədər tamamlanacaq.

“Ukrayna dəfələrlə Macarıstan və Slovakiyaya gedən neft kəmərinə hücum edib. Üstəlik, Mərkəzi Avropanın təminatı üçün həyati olan qaz boru xəttini də bağlayıb. Ukraynanın bu addımları Macarıstan-Serbiya enerji əməkdaşlığının əhəmiyyətini artırır” Siyarto qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər