Dünya
1403
31 Aug 2025 | 22:05

"Raşizm: rus faşizminin adı və Zaxarovanın saxta arqumentləri" - Ukrayna mətbuatı

"Raşizm" Rusiya dövlətinin bugünkü siyasətinin mahiyyətinin, yəni rus faşizminin ifadəsidir..."
 
Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Ukrayna prezidentinin imzaladağı "Ukrayna xalqının milli yaddaşın dövlət siyasəti haqqında" qanunu ilə bağlı bəyan edib ki, Ukrayna bununla rusları deyil, yəhudiləri təhqir edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "nv.ua" nəşri yazıb.
 
Tarixi həqiqətin təsbit edilməsi
 
Nəşr qeyd edir ki, bu açıqlama həm tarixi, həm də dilçilik baxımından saxtakarlıqdan başqa bir şey deyil. Prezident Vladimir Zelenski tərəfindən imzalanmış yeni qanun Ukraynada milli yaddaş siyasətinin əsaslarını müəyyənləşdirir.
 
Burada ilk dəfə olaraq "raşizm" termini hüquqi çərçivəyə daxil edilib. Qanuna görə, raşizm bugünkü Kremlin ideologiyasının adı kimi təqdim olunur. O, rus şovinizminə, imperiya düşüncəsinə, sovet totalitarizminin ən qəddar təcrübələrinə və faşizmin metodlarına söykənən xüsusi bir siyasi-ideoloji qarışımdır. Başqa sözlə, "rus faşizmi"nin dəqiq ifadəsidir.
 
Zaxarovanın absurda çevrilən şərhi
 
Rusiya XİN sözçüsü Maria Zaxarova isə ənənəsinə sadiq qalaraq mətbuata istehzalı açıqlama verib. O, guya "raşizm" sözünün heç də Rusiyaya aid olmadığını, əksinə, orta əsr yəhudi alimi Ravvin Şlomo İçhaqinin (Raşi) adı ilə bağlı ola biləcəyini iddia edib. Zaxarova bununla sübut etməyə çalışıb ki, Ukrayna qanunu əslində yəhudi dünyasını "təhqir edir" və "tarixi nadanlıq" nümayiş etdirir. Bu arqument ilk baxışdan belə gülünc görünür, çünki:
 
- Dilçilik baxımından saxtadır. Şərqi slavyan dillərində "-izm" sonluğu ideologiyaları ifadə edir (faşizm, kommunizm, şovinizm və s.). "Raşizm" isə məhz "Russia"/"Rus" kökündən törəyir. Bu barədə yüzlərlə dilçi və beynəlxalq tədqiqat mərkəzləri açıq mövqe bildirib.
 
- Tarixi baxımdan manipulyasiyadır. Raşi XI əsrin dini alimi olub,  Rusiyanın imperialist siyasəti ilə geç bir əlaqəsi yoxdur. Onun adını "özünə sipər etmək" sadəcə ucuz təxribat cəhdidir.
 
- Siyasi məqsədlidir. Zaxarova "yəhudi kartı"nı oynayaraq, əslində, Kremlin faşizmə bənzər siyasətini ört-basdır etməyə çalışır. Halbuki "raşizm" termini artıq çoxsaylı beynəlxalq ekspertlər və siyasətçilər tərəfindən Rusiya dövlətinin bugünkü mahiyyətini izah etmək üçün qəbul olunub.
 
Raşizmin gerçək mahiyyəti
 
Ukrayna qanununda "raşizm" Rusiyanın müasir ideologiyası, yəni şovinizm, imperiya təfəkkürü, sovet totalitarizminin qalıqları və nasizmin zorakı metodlarının sintezi kimi təqdim olunur. Bu anlayış təkcə siyasi deyil, həm də tarixi reallığı əks etdirir. 
 
2014-cü ildən Donbasda, 2022-dən etibarən isə bütün Ukraynada aparılan müharibə, mülki əhaliyə qarşı bombardmanlar, deportasiyalar, uşaq oğurluqları, daxildə müxalifətin tam boğulması, senzura və ideoloji təbliğat - bütün bunlar raşizmin konkret təzahürləridir. Bu səbəbdən "raşizm" sadəcə bir yeni söz deyil, rus faşizminin beynəlxalq terminlə ifadə olunmuş adıdır.
 
Saxtakarlıq yox, ədalətli adlandırma
 
Zaxarovanın açıqlaması bir daha göstərir ki, Kreml öz ideoloji mahiyyətini gizlətmək üçün hətta cəfəng arqumentlərdən də istifadə etməyə hazırdır. Əslində isə "raşizm" anlayışı tarixi ədalətin təntənəsidir - Rusiya dövlətinin bugünkü siyasətinin mahiyyətini, yəni rus faşizmini açıq şəkildə adlandırmaqdır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər