22:49
23°C
Bakı
Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində Çində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
Liderlər arasında görüş nümayəndə heyətləri rəhbərlərinin şərəfinə verilən ziyafət başa çatdıqdan sonra baş tutub.
"Hörmətli Nikol Vovayeviç, sizi görməyə və danışmaq fürsətinə malik olduğum üçün çox şadam", - deyə Putin Paşinyanla görüşdə bildirib.
Ermənistanın baş naziri ilə görüş Putinin sammit çərçivəsində xarici ölkə liderləri ilə keçirəcəyi ikitərəfli danışıqların ilkidir.