20 yaxın futbolçu meydançada həbs olundu - VİDEO
Dünya
2542
31 Aug 2025 | 16:35

20 yaxın futbolçu meydançada həbs olundu - VİDEO

Rusiyanın Samara vilayətində hüquq-mühafizə orqanları "Team Young" adlı həvəskar futbol komandasında çıxış edən təxminən 20 futbolçunu saxlayıblar.

Onların saxlanılmasına səbəb futbolçuların rəqiblərə və tamaşaçılara mütəmadi hücum etməsi, habelə hamını milli mənsubiyyətə görə təhqir etmələri olub. Futbolçuların əksəriyyətinin qeyri-qanuni miqrantlar olduğu müəyyən edilib. Onlara həmvətənlərdən ibarət azarkeşlər də dəstək veriblər. Həmin azarkeşlər "Team Young"un oyunlarına gələrək münaqişələrdə iştirak ediblər.

Saxlanma zamanı narkotik təsiri altında olan şəxslər də aşkarlanıb.

 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər