KTMT Belarusda təlimlərə başladı
Dünya
1318
31 Aug 2025 | 15:00

KTMT Belarusda təlimlərə başladı

Belarusda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “Qarşılıqlı fəaliyyət-2025”, “Axtarış-2025” və “Eşelon-2025” təlimləri başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın Kollektiv Qüvvələrinin kontingentlərinin qatıldığı təlimlərdə iki mindən çox hərbçi, 450 ədəd silah və texnika, o cümlədən doqquz təyyarə və helikopter, 70-dən çox pilotsuz təyyarə iştirak edir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər