İlon Maskın sabiq işçisi vacib məlumatları oğurlayıb rəqib şirkətə keçdi
1302
31 Aug 2025 | 10:40

İlon Maskın sabiq işçisi vacib məlumatları oğurlayıb rəqib şirkətə keçdi

İlon Maskın "xAI" startapı keçmiş mühəndisi Syueçen Lini "Grok" çatbotuna aid məxfi məlumatları mənimsəməkdə ittiham edərək məhkəməyə verib.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"xAI"nin məlumatına görə, 2024-cü ildən şirkətdə işləyən Li kommersiya sirlərinə çıxış əldə edib.

Mühəndis rəqib şirkət olan "OpenAI"yə keçməzdən qısa müddət əvvəl faylları kopyalayıb.

Hazırda "xAI" Linin "OpenAI"də işə götürülməsini qadağan edən məhkəmə qərarı, habelə dəymiş ziyana görə kompensasiya tələb edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər