Rusiya Ukraynaya zərbələr endirib, yanacaq istehsal edən zavodda partlayış olub
Dünya
1892
31 Aug 2025 | 10:10

Rusiya Ukraynaya zərbələr endirib, yanacaq istehsal edən zavodda partlayış olub

Rusiya Silahlı Qüvvələri ötən gecə “X-101” raketləri ilə Ukraynadakı hədəflərə hücum edib.

Moderator.az “Mash” Teleqram kanalına istinadən xəbər verir ki, əsas zərbə Odessaya endirilib.

Limanlar, gəmi təmiri zavodu, anbarlar və hərbi obyektlər atəşə tutulub.

Partlayışlar raket yanacağı istehsal edən zavodun yerləşdiyi Pavloqradda, eləcə də Dnepropetrovsk şəhərinin kənarında da gurultulu olub. Bundan əvvəl Rusiya qüvvələri “Yujmaş”a hücum edərək on aerodromdakı texnikanı zədələyib.

Dronlar Sumi və Xarkov vilayətlərində də qeydə alınıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər