İsrailin Qəzzada yaşayış binasını atəşə tutması nəticəsində 19 nəfər ölüb
1620
30 Aug 2025 | 23:30

İsrailin Qəzzada yaşayış binasını atəşə tutması nəticəsində 19 nəfər ölüb

İsrailin Qəzza şəhərinin qərb hissəsini atəşə tutması nəticəsində 19 nəfər ölüb.

Moderator.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı Qəzza zolağının xəstəxanalarındakı mənbələrə istinadən məlumat yayıb.

Ölənlərdən 6-nın uşaq olduğu bildirilir.

Zərbələrdən Əl-Rimal bölgəsindəki bina, ən-Nəsr bölgəsində çörək zavodu və köçkünlər üçün çadır əziyyət çəkib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər