Volqoqradda bazarda baş verən yanğın nəticəsində 14 nəfər xəsarət alıb - YENİLƏNİB
2083
30 Aug 2025 | 19:50

Volqoqradda bazarda baş verən yanğın nəticəsində 14 nəfər xəsarət alıb - YENİLƏNİB

Rusiyanın Volqoqrad şəhərinın "Novıy Traktornı" geyim bazarında baş verən yanğında 14 nəfər xəsarət alıb.

Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

"14 nəfər tibbi yardıma müraciət edib", - məlumatda deyilir.

Mütəxəssislər yanğının səbəblərini müəyyən etmək üçün araşdırma aparır.

Yanğın avqustun 30-da səhər saatlarında baş verib. Saat 12:00-a qədər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 3200 kvadratmetr sahədə yanğını lokallaşdırdıqlarını bildiriblər. 600 nəfər təxliyə edilib, 6 nəfər xilas olunub.

13:19

Rusiyanın Volqoqrad şəhərində bazarda böyük yanğın baş verib.

Moderator.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, yanğının sahəsi artıq 3 min kv.m-ə çatıb. Ticarət pavilyonları yanır.

"Sıx tikililər yanğının söndürülməsini çətinləşdirir. Fasiləsiz su təchizatı təşkil edilib", - məlumatda bildirilib.

Yanğının söndürülməsinə 100-dən çox insan və 41 texnika cəlb olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər