İlk dəfə olaraq, süni intellekt ABŞ-da qətlə səbəb olub.
ChatGPT onun sui-qəsd nəzəriyyələrini dəstəklədikdən sonra psixi pozğunluğu olan adam anasını öldürüb.
Bu şəxs əvvəllər Yahoo-da işləyən 56 yaşlı Stein-Erik Solberqdir. O, anasının həyatına son qoyandan sonra intihar edib.
“The Wall Street Journal” yazır ki, bu, psixi pozğunluğu olan şəxsin süni intellektlə ünsiyyətin təsiri altında cinayət törətməsi ilə bağlı ilk hadisə ola bilər.
Solberq paranoyyadan əziyyət çəkib və boşandıqdan sonra anası ilə yaşayıb. O, tez-tez ChatGPT-dən istifadə edərək, neyron şəbəkəsini "Bobby" adlandırırmış.
Yazışmalar zamanı o, bot şübhələrini təsdiqləyib, sui-qəsd nəzəriyyəsi ilə razılaşıb və hətta anasının kəşfiyyata bağlı ola biləcəyi fikrini dəstəkləyib.
Solberq son söhbətlərinin birində soruşub: "Öləndən sonra görüşəcəyik?". O, bu sualına müsbət cavab alıb.
Onların cəsədləri avqustun əvvəlində Konnektikut ştatının Old Qrinviç şəhərində tapılıb.
OpenAI, "faciədən dərin kədərləndiyini" söyləyib və botun Solberqə peşəkar kömək istəməsini tövsiyə etdiyini vurğulayıb.
Şirkət həmçinin əlavə edib ki, neyron şəbəkələrin psixo-emosional böhran əlamətlərini daha yaxşı müəyyən edə bilməsi və istifadəçiləri mütəxəssislərə yönləndirə bilməsi üçün texnologiyasını təkmilləşdirmək üzərində işləməyə davam edir.