Sosial müavinətlərlə bağlı MÜHÜM İSLAHATLAR olacaq - Bu ölkədə...
Dünya
2831
30 Aug 2025 | 17:46

Sosial müavinətlərlə bağlı MÜHÜM İSLAHATLAR olacaq - Bu ölkədə...

Almaniya kansleri Olaf Merts sosial sahədə genişmiqyaslı islahatların qaçılmaz olduğunu bildirib.

Handelsblatt nəşri yazır ki, kanslerin fikrincə, dəyişikliklər sosial müavinətlərin – Bürgergeld proqramının da əhatə olunmasına yönəlməlidir.

Merts hesab edir ki, mövcud sistem məşğulluğu və iqtisadi artımı kifayət qədər stimullaşdırmır. Onun sözlərinə görə, maliyyə imkanları məhdud olduğu halda hazırkı qaydalarla davam etmək mümkün deyil.

“Biz artıq bir neçə ildir ki, imkanlarımızdan kənar yaşayırıq”, – deyə, kansler əlavə edib.

 

(Müsavat)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər