Belçika Ukraynaya 100 milyon avro ayırdı
2024
30 Aug 2025 | 13:58

Belçika Ukraynaya 100 milyon avro ayırdı

Belçika hökuməti ABŞ-dən Ukraynaya silah alınması üçün 100 milyon avro ayırıb.
 
Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Belçikanın xarici işlər naziri Maksim Prevo Kopenhagendə Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünə gələrkən bildirib.
 
"Belçika hökuməti Ukrayna üçün ABŞ-dən silah alınması proqramına 100 milyon avro ayırıb", - deyə nazir qeyd edib.
 
Lakin Belçikanın XİN rəhbəri əlavə edib ki, ölkəsi Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsinə qarşıdır. O bildirib ki, bu addım Avropanın maliyyə sabitliyini poza bilər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər