Ukrayna məşhur rusiyalı müğənnini axtarışa verdi
1239
12 Aug 2025 | 09:25

Ukrayna məşhur rusiyalı müğənnini axtarışa verdi

Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı müğənni və Dövlət Dumasının deputatı Denis Maydanovu axtarışa verib.
 
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
 
Bildirilib ki, Maydanov 2022-ci ilin aprelindən Ukraynada axtarışa verilib. O, ölkənin ərazi bütövlüyünə və toxunulmazlığına qəsd etməkdə ittiham olunur.
 
Rusiyalı müğənninin adı Ukraynanın ekstremist "Mirotvorets" saytının məlumat bazasına daxil edilib.
Link kopyalandı!
Son xəbərlər