Trampın sosial şəbəkəsindəki süni intellekt bəzi fikirlərdə onunla razılaşmır
1443
11 Aug 2025 | 08:51

Trampın sosial şəbəkəsindəki süni intellekt bəzi fikirlərdə onunla razılaşmır

ABŞ Prezidenti Donald Trampın "Truth Social" platformasının çatbotu onun əsas açıqlamaları ilə razılaşmır və Barak Obamanı ölkənin ən yaxşı prezidenti adlandırır.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
 
Tramp "Truth Social"ı 2021-ci ilin payızında, onun "Twitter" hesabı (hazırda "X" adlanır) bloklandıqdan sonra təsis edib.
 
Ötən həftə isə platformanın tərkibində "Truth Search" süni intellekti işə başlayıb. O, Trampın əsas siyasi qərarlarını bəyənmir. Çatbot prezidentin idxal mallarına tətbiq etdiyi tarifləri amerikalıların vergiyə cəlb edilməsi forması hesab edir, 2020-ci il seçkisinin saxtalaşdırıldığı fikri ilə isə razılaşmır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər