Nikol Paşinyan İncildən sitat paylaşdı:
2417
08 Aug 2025 | 11:08

Nikol Paşinyan İncildən sitat paylaşdı: "Sülh yaradanlar necə də xoşbəxtdirlər"

Hazırda Vaşinqtonda olan Ermənistanın baş naziri Nikol Paşinyan özünün "Facebook" səhifəsində diqqətçəkən paylaşım edib.
 
Moderator.az xəbər verir ki, N.Paşinyan İncil kitabının (Əhdi-cədidin) 5-ci fəslinin 9-cu hissəsini paylaşıb.
 
Paylaşımda yazılıb: "Sülh yaradanlar necə də xoşbəxtdirlər, çünki onlar Allahın övladları adlanacaqlar".
 
Məlumat üçün əlavə edək ki, bu gün Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamə imzalanacağı gözlənilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər