İran və Avropa
Dünya
1920
20 Jul 2025 | 17:27

İran və Avropa "üçlüyü" arasında danışıqların yeri və tarixi bilindi - YENİLƏNİB

İranla Almaniya, Fransa və Böyük Britaniyadan ibarət Avropa "üçlüyü" arasında danışıqların tarixi və yeri müəyyənləşib.
 
Moderator.az-ın xəbərinə görə, bu barədə "Sky News Arabia" mənbələrə istinadən məlumat verib.
 
Məlumata görə, tərəflər arasında danışıqlar iyulun 27-də İsveçrənin Cenevrə şəhərində keçiriləcək.
 
14:10
 
İran nüvə proqramı üzrə danışıqlar prosesini bərpa etmək barədə Fransa, Almaniya və Böyük Britaniya ilə razılığa gəlib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbələrə istinadla xəbər verir.
 
Bildirilir ki, danışıqların prinsipi razılaşdırılıb. Bununla belə, agentlik danışıqların vaxtı və yerinə dair məsləhətləşmələrin davam etdiyini vurğulayıb.
 
"Tasnim"in mənbəsi qeyd edib ki, danışıqların aparılacağı ölkə də müəyyənləşməyib.
 
Daha əvvəl "Axios" portalı mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi 2025-ci ilin avqust ayının sonunu təyin etmək barədə razılığa gəliblər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər