İsrail Dəməşqə zərbələr endiribxa0-xa0YENİLƏNİBxa0- VİDEO
Dünya
2209
16 Jul 2025 | 20:20

İsrail Dəməşqə zərbələr endiribxa0-xa0YENİLƏNİBxa0- VİDEO

İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

Moderator.az xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyi öz "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, daha 34 nəfər xəsarət alıb.

İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində azı bir nəfər ölüb, daha 28 nəfər yaralanıb.

Moderator.az xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin "Telegram" kanalında dərc olunan bəyanata görə, Dəməşqdəki bütün xəstəxanalar yaralıları qəbul etmək üçün yüksək hazırlıq vəziyyətinə gətirilib.

Zərərçəkənlərin sayının artması istisna edilmir.

18:10

İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində 18 nəfər yaralanıb.

Moderator.az SANA-ya istinadən xəbər verir ki, bu barədə Suriyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İsrail hava qüvvələrinin Dəməşqin mərkəzini hədəf alması nəticəsində 1 nəfər ölüb.

İsrail ordusunun hazırda Suriyanın Daara bölgəsinə hava zərbələri endirdiyi bildirilir.

16:35

İsrail ordusu yenidən Dəməşqə zərbələr endirib.

Moderator.az xəbər verir ki, bu barədə “Channel 12” kanalı məlumat yayıb.

Qeyd edilib ki, İsrail Dəməşqdə Prezident Sarayını, Müdafiə Nazirliyinin binasını və Suriya Baş Qərargahının binasını hədəfə alıb.

"Reuters" ölən və yaralananların olduğunu bildirir.

 

Link kopyalandı!
Son xəbərlər