Dünya
2277
08 Jul 2025 | 23:20

"Almaniyadan üzr gözləyirik" - Zaxarova

Almaniyanın Moskvadakı səfirliyi özünün rəsmi teleqram kanalında təhrif olunmuş SSRİ bayrağı ilə Avropanın müharibədən sonrakı sərhədlərinin xəritəsini dərc etdiyinə görə üzr istəməlidir.

Moderator.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Hər halda nasizm üzərində Qələbənin 80-ci ildönümündə bunun üçün üzr istəmək, yumşaq desək, artıq olmazdı”, - diplomat öz telegram kanalında yazıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər