Putin ordu ilə bağlı mühüm qanunu imzaladı
1534
07 Jul 2025 | 21:40

Putin ordu ilə bağlı mühüm qanunu imzaladı

Vətəndaşlığı olmayan şəxslər bundan sonra Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlaya və Rusiya Silahlı Qüvvələrində xidmət edə biləcəklər.

Moderator.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin imzaladığı müvafiq qanun hüquqi aktlar portalında yerləşdirilib.

Bildirilir ki, qanun dərc edildiyi gündən qüvvəyə minir.

Bundan sonra Müdafiə Nazirliyi vətəndaşlığı olmayan şəxslərlə və əcnəbi vətəndaşlarla səfərbərlik müddəti başa çatana, hərbi vəziyyətin dayandırılmasına və ya müharibə dövrü bitənə qədər müqavilələr bağlaya bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər