Rusiya Ukraynanın Lvov vilayətinə kütləvi hücum edib
1371
29 Jun 2025 | 09:10

Rusiya Ukraynanın Lvov vilayətinə kütləvi hücum edib

Bu gecə Rusiya ordusu Ukraynaya qarşı kütləvi hücum həyata keçirib. Uzun fasilədən sonra ilk dəfə Lvov vilayəti zərbə alıb.

Moderator.az xəbər verir ki, bu barədə Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitski məlumat verib.

Məlumata görə, Lvov vilayəti Rusiyaya məxsus pilotsuz uçuş aparatları və qanadlı raketlərlə hücuma məruz qalıb.

Kozitskinin sözlərinə görə, hücumun məqsədi Lvov vilayətinin kritik infrastruktur obyektləri olub. İlkin məlumatlara əsasən, xəsarət alan və həlak olan olmayıb. Hadisə yerində aidiyyəti xidmətlər çalışır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər