AZAL təyyarəsi Şərqi Aralıq dənizi üzərindən geri Bakıya dönür
1507
23 Jun 2025 | 22:49

AZAL təyyarəsi Şərqi Aralıq dənizi üzərindən geri Bakıya dönür

AZAL-ın Bakı-Dammam (Səudiyyə Ərəbistanı) marşrutuü üzrə uçan təyyarəsi Şərqi Aralıq dənizi üzərində geri dönür.
 
Moderator.az bu barədə "Flightradar24" servisinin məlumatına istinadla xəbər verir.
 
Hazırda təyyarənin Bakıya istiqamət aldığı bildirilir.
 
Marşrutun dəyişməsinin dəqiq səbəbi barədə hələ rəsmi açıqlama verilməyib.
 
Lakin bu, ilkin ehtimala görə, Fars körfəzi regionunda vəziyyətin gərginləşməsi, İranın Qətərdəki Amerika hərbi bazasına hücumu və Bəhreyn, Qətər, BƏƏ-nin hava məkanının bağlaması fonunda baş verib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər