Kilsədə terror aktı törədilib - Çox sayda ölənlər və yaralananlar varxa0-xa0VİDEOxa0-xa0YENİLƏNİB
1711
22 Jun 2025 | 21:40

Kilsədə terror aktı törədilib - Çox sayda ölənlər və yaralananlar varxa0-xa0VİDEOxa0-xa0YENİLƏNİB

Dəməşqdə yerləşən kilsədə özünü partladan terrorçu-kemikadzenin İŞİD terror təşkilatına mənsub olduğu müəyyən edilib.

Moderator.az xəbər verir ki, bu barədə "SANA" agentliyi Suriyanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

20:44

Dəməşqin şərqində yerləşən Duveyla rayonundakı yunan kilsəsində ibadət zamanı partlayış baş verib.

Moderator.az xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb.

Məlumata görə, partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb.

Hadisə zamanı o, əvvəlcə kilsəyə toplaşan insanlara atəş açıb və əl qumbaraları atıb, daha sonra isə özünü partladıb.

Nəticədə azı 25 nəfər həyatını itirib, onlarla yaralı var.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər