İran istənilən səviyyədə müharibəyə hazırdır - SEPAH
1871
12 Jun 2025 | 11:33

İran istənilən səviyyədə müharibəyə hazırdır - SEPAH

İran istənilən ssenariyə hazırdır, hərbi strategiyası var.
 
APA xəbər verir ki, bu barədə İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Baş komandanı Hüseyn Səlami bildirib.
 
Onun sözlərinə görə, İran istənilən səviyyədə müharibəyə hazırdır:
 
“Biz istənilən səviyyədə istənilən müharibəyə hazırıq. Düşmənə xəbərdarlıq edirik ki, heç bir səhvə yol verməsin və nəticələrini diqqətlə düşünsün. Düşmən bizi hərbi təhdid edir, biz istənilən ssenariyə və vəziyyətə hazırıq”, - SEPAH komandanı qeyd edib.
Link kopyalandı!
Son xəbərlər