Banqladeşdə koronavirus təşvişi: Vətəndaşlara xəbərdarlıq edildi
Dünya
1370
10 Jun 2025 | 15:46

Banqladeşdə koronavirus təşvişi: Vətəndaşlara xəbərdarlıq edildi

Banqladeşin müvəqqəti hökuməti qonşu dövlətlərdə COVID-19 yoluxma hallarının artması ilə əlaqədar vətəndaşlarına zərurət olmadığı müddətcə bu ölkələrə getməmək barədə xəbərdarlıq edib.
 
Oxu.az-ın "Xinhua" agentliyinə istinadən xəbərinə görə, bu barədə Banqladeş Səhiyyə Nazirliyi yanında Səhiyyə Xidmətləri Baş İdarəsindən (DGHS) açıqlama verilib.
 
Açıqlamada virusun yeni subvariantlarının bəzi qonşu ölkələrdə yayılmaqda olduğu bildirilir və yoluxma riskinə qarşı beynəlxalq quru, dəniz və hava giriş-çıxış məntəqələrində tibbi müayinə və nəzarət tədbirlərinin artırılacağı vurğulanır.
 
Qeyd edilib ki, sözügedən dövlətlərdən Banqladeşə gələn sərnişinlər, o cümlədən bu ölkələrə gedənlər üçün yoxlamalar gücləndiriləcək, ticarət mərkəzləri, kütləvi tədbirlər və restoranlar kimi insanların sıx olduğu yerlərdə maska u200bu200btaxılması tələb olunacaq.
Link kopyalandı!
Son xəbərlər