Niderlandda içində çətənə olan
1278
04 Jun 2025 | 15:40

Niderlandda içində çətənə olan "Haribo" konfetlərini yeyən uşaq komaya düşüb

Niderlandda azyaşlı tərkibində kannabis (çətənə) olan "Haribo" çeynəmə konfetlərini yedikdən sonra komaya düşüb.
 
Oxu.az-ın xəbərinə görə, bu barədə "NL Times" nəşri məlumat verib.
 
Qeyd edək ki, may ayının sonunda Niderland Qida və İstehlak Məhsullarının Təhlükəsizliyi İdarəsi "Haribo" şirkətinin "Happy Cola F!ZZ" konfetlərində kannabisin aşkarlandığını bildirib. Konfetlərin partiyası mağazalardan geri çağırılıb.
 
Nəşrin məlumatına görə, Niderlandın Almelo şəhərində bu konfetlərdən yeyən iki uşaq xəstəxanaya yerləşdirilib. Onlardan biri komaya düşüb. Hazırda hər iki uşaq özünü yaxşı hiss edir.
 
Xəstəxana ailənin şəxsi həyatını qorumaq üçün hadisə ilə bağlı əlavə məlumat verməyib.
 
Polis narkotik maddənin konfetlərin içinə necə düşdüyünü araşdırmaqda davam edir.
Link kopyalandı!
Son xəbərlər