ABŞ-nin Türkiyədəki səfiri Trampın Suriya üzrə xüsusi nümayəndəsi olacaq
1364
23 May 2025 | 23:30

ABŞ-nin Türkiyədəki səfiri Trampın Suriya üzrə xüsusi nümayəndəsi olacaq

ABŞ-nin Türkiyədəki səfiri Tomas Barak ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edəcək.
 
Diplomat bu barədə mayın 23-də "X" sosial şəbəkəsindəki paylaşımında məlumat verib. O, ABŞ-nin Suriyaya qarşı sanksiyalarının ləğvi prosesini dəstəklədiyini qeyd edib.
 
"Sanksiyaların dayandırılması bizim əsas məqsədimizə - İŞİD-in tam məğlubiyyətinə mane olmayacaq və Suriya xalqına daha yaxşı gələcək üçün bir şans verəcək", - deyə Barak yazıb.
Link kopyalandı!
Son xəbərlər