Bizi sosial şəbəkələrdən izləyin:
Vladimir Putin və Donald Tramp arasında Səudiyyə Ərəbistanında görüş planlaşdırılmır.
Amerika lideri bunu Yaxın Şərqə səfəri ərəfəsində açıqlayıb.
Eyni zamanda Tramp qeyd edib ki, tərəflər arasında danışıqlar davam edir.
"Mən belə düşünmürəm. Amma biz çox yaxşı söhbətlər aparırıq. Çox, çox yaxşı, - Tramp jurnalistlərin Putinlə mümkün görüşlə bağlı sualına cavab verib.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Vladimir Putinin cədvəlində mayın ortalarında Yaxın Şərqə səfərlər nəzərdə tutulmayıb. Məhz bu tarixlərdə - 12-16 may - Tramp bölgəyə səfər etməyi planlaşdırır.