İsrailli nazirdən dəhşətli açıqlama: Qəzzaya hücumlar 12 ay davam edəcək
1316
29 Apr 2025 | 07:09

İsrailli nazirdən dəhşətli açıqlama: Qəzzaya hücumlar 12 ay davam edəcək

İsrailin strateji işlər naziri Ron Dermer 7 oktyabr 2023-cü ildən bu yana 52 mindən çox fələstinlinin ölümünə səbəb olan Qəzza zolağına hücumları bundan sonra 12 ay da davam etdirəcəklərini açıqlayıb.
 
İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, Qüdsdə keçirilən konfransda çıxış edən Dermer qələbəyə nail olmalı olduqlarını bildirib.
 
Qələbənin nə olduğunu deməyən Dermer 12 ay sonra 7 oktyabr müharibəsinin bitəcəyini deyib.
Link kopyalandı!
Son xəbərlər