Novruzda İranın simvolunda erməni bayrağı
Dünya
1064
20 Mar 2025 | 19:03

Novruzda İranın simvolunda erməni bayrağı

Novruz ərəfəsində Tehranın əsas simvollarından biri olan Azadi qülləsi bir sıra ölkələrin, o cümlədən Ermənistanın bayrağı ilə işıqlandırılıb.
 
Bu barədə Ermənistanın İrandakı səfirliyinin sosial şəbəkədəki rəsmi səhifəsində məlumat yayılıb.
 
"Qüllənin divarlarında bu yaz bayramının ümumbəşəri əhəmiyyətini və erməni və İran xalqları arasında çoxəsrlik dostluğu vurğulayan erməni dilində təbrik mesajı da var", - məlumatda deyilir.
 
Qeyd edək ki, Novruz bayramında erməni bayrağının Azadi qülləsində əks olunması sosial şəbəkələrdə təəccüblə qarşılanıb. Çünki Novruzun ermənilərə heç bir aidiyyəti yoxdur və bu bayramı da keçirmirlər. /axar.az/
 
Link kopyalandı!
Son xəbərlər