Bizi sosial şəbəkələrdən izləyin:
Rusiya prezidenti Vladimir Putin Suriya dövlət başçısı Əhməd əş-Şaraaya məktub göndərib.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Kreml nümayəndəsinin sözlərinə görə, Putin məktubunda Suriyanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünün təmin edilməsi naminə vəziyyətin tez bir zamanda sabitləşdirilməsi istiqamətində göstərilən səyləri dəstəklədiyini ifadə edib.