Portuqaliyada parlament buraxıldı
Dünya
842
20 Mar 2025 | 14:30

Portuqaliyada parlament buraxıldı

Portuqaliya Prezidenti Marselu Rebelu de Souza ölkə Assambleyasının (birpalatalı qanunverici orqanın) buraxılması haqqında fərman imzalayıb.
 
Moderator.az bu barədə TASS agentliyinə istinadən xəbər verir.
 
"Prezident Assambleyanın buraxılması və mayın 18-nə qanunverici orqana seçkilərin təyin edilməsi haqqında fərman imzalayıb", - deyə məlumatda deyilir.
 
Qeyd edək ki, qarşıdan gələn seçkilər son üç ildə üçüncü olacaq.
 
Prezidentin parlamenti buraxmaq qərarı deputatların fevralın 11-də başlayan siyasi böhran fonunda Baş nazir Luiş Monteneqrunun rəhbərlik etdiyi hökumətə etimad göstərməkdən imtina etməsindən sonra verilib.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər