Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistan Türkiyə vasitəsilə Suriyaya humanitar yardımın daşınması üçün martın 21-dən 31-dək Ermənistan-Türkiyə sərhədindəki “Marqara” sərhəd-keçid məntəqəsini açacaq.
Bu qərarı Ermənistan hökuməti martın 20-də keçirilən iclasda qəbul edib.
“Hökumət sərhəd-keçid məntəqələri ilə bağlı 2011-ci il mayın 12-də qəbul edilmiş qərara dəyişiklik edib. Həmin qərarda “Marqara” keçid məntəqəsinin bağlanması göstərilib. Layihə baş nazirin aparatı tərəfindən hazırlanıb. Onlar qeyd ediblər ki, yeni qərarın qəbulu malların Suriyaya daha tez və daha ucuz çatdırılmasına imkan verəcək”, - məlumatda deyilir.
Sonuncu dəfə bu sərhəd keçidi zəlzələdən sonra Türkiyəyə humanitar yardım göndərmək üçün 2023-cü il fevralın 11-dən 17-dək açılıb. /Report.az/