Aleksandr Lukaşenkonun andiçmə mərasiminin vaxtı açıqlandı
Dünya
922
12:55, Bu gün

Aleksandr Lukaşenkonun andiçmə mərasiminin vaxtı açıqlandı

Belarusun yeni seçilmiş Prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasimi martın 25-də keçiriləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə BELTA Belarusun Mərkəzi Seçki Komissiyasına istinadən məlumat yayıb.
 
Ölkə Konstitusiyasına görə, prezidentin andı prezident seçkilərindən sonra, amma iki aydan gec olmayaraq, Ümumbelarus Xalq Məclisi Rəyasət Heyəti üzvlərinin, Nümayəndələr Palatasının deputatlarının, Respublika Şurasının üzvlərinin, Konstitusiya və Ali Məhkəmə hakimlərinin iştirakı ilə təntənəli mərasimlə qəbul edilməlidir.
 
Qeyd edək ki, Belarusda prezident seçkiləri yanvarın 26-da keçirilib. MSK-nın təsdiq etdiyi səsvermə nəticələrinə görə, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko 86,82 faiz səs toplayaraq yenidən prezident seçilib.
 
Ümumilikdə səsvermədə 5,9 milyondan çox insan iştirak edib (səsvermə hüququ olan təxminən 6,9 milyon insanın 85,69 faizi).
Link kopyalandı!
Son xəbərlər