Bizi sosial şəbəkələrdən izləyin:
"Türkiyə neft tədarükünü şaxələndirmək istiqamətində addımlar atır..."
ABŞ-ın tətbiq etdiyi sanksiyalar fonunda ölkənin ən böyük neft emalı zavodu Rusiyadan neft tədarükünü məhdudlaşdırmaq qərarına gəldikdən sonra Türkiyə Braziliyadan neft idxal etməyə başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Vortexa Ltd. analitik şirkətinin "Bloomberg" üçün topladığı məlumatlara əsasən, bu ay Türkiyə gündəlik təxminən 650 min barrel xam neft idxal edib və bunun cəmi 19 faizi Rusiyadan gəlib. Müqayisə üçün, ötən il ərzində bu göstərici 50 faizdən çox olub.
Türkiyə yeni tədarükçülər axtarışını davam etdirir. Turkiye Petrol Rafinerileri AS (Tupras) neft emalı şirkəti Braziliyadan orta kükürdlü neft partiyası alıb və hazırda bu yük "Joao Candido" tankeri ilə daşınır. Rəsmi hökumət məlumatlarına görə, 2007-ci ildən bəri ilk dəfədir ki, Türkiyə Braziliyadan xam neft idxal edir.
Türkiyəyə Rusiyanın xam neft tədarükünün payı azalır. Bu dəyişiklik Bayden administrasiyasının yanvarda tətbiq etdiyi genişmiqyaslı sanksiyalar nəticəsində Rusiya neftinin tədarük zəncirlərində yaranan pozuntuların son nümunələrindən biridir.
Fevral ayının sonundan etibarən Tupras G7 ölkələrinin qiymət tavanına uyğun gəlməyən Rusiya nefti tədarükünü qəbul etməyi dayandırmağı planlaşdırıb, bu barədə ötən ay "Bloomberg" məlumat verib. Şirkət həmçinin Rusiyanın "Urals" əsas neft markasınının alışını dayandıracağını elan edib.
Braziliyanın "Petrobas"dövlət neft şirkəti 950 min barrel həcmində, 0,25 faiz kükürd tərkibli "Itapu" neftini Türkiyəyə satıb. Bu partiyanın aprelin əvvəlində çatdırılması planlaşdırılır.
"Tupras" məsələ ilə bağlı açıqlama verməkdən imtina edib. Türkiyədəki digər neft emalı zavodu isə Azərbaycanın SOCAR dövlət enerji şirkətinə məxsusdur.
Türkiyə Enerji Tənzimləmə Qurumunun (EPDK) məlumatına görə, ötən il Türkiyənin xam neft idxalının 29 faizi SOCAR-ın payına düşüb, lakin bunun nə qədərinin Rusiyadan gəldiyi məlum deyil. SOCAR da bu mövzuda şərh verməkdən yayınıb.