Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ və Ukrayna prezidentləri Donald Trampla Volodimir Zelenski telefon danışığı zamanı Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq barədə razılığa gəliblər.
Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levittin jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
ABŞ dövlət katibi Marko Rubio və milli təhlükəsizlik üzrə müşavir Mayk Uolsun birgə bəyanatını səsləndirən Levitt bəyan edib ki, Amerika administrasiyası Trampın Zelenski ilə söhbətini mühüm nailiyyət adlandırıb.
“Liderlər razılaşıblar ki, Ukrayna və ABŞ münaqişəyə son qoymaq üçün birgə işləməyə davam edəcəklər. Prezident Trampın rəhbərliyi altında davamlı sülhə nail olmaq olar”, - bəyanatda deyilir.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu gün ABŞ lideri Donald Trampla telefon danışığı aparıb.