Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan maraqlı bir paylaşım edərək bu axşam iftar süfrəsini kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlarla – “çiftçi qardaşları” ilə keçirdiyini açıqlayıb.
O, bu barədə öz rəsmi hesabında paylaşım edərək, iftar süfrəsində iştirak edən kənd təsərrüfatı işçilərinə təşəkkür edib və onların zəhmətini yüksək qiymətləndirdiyini bildirib.
“Bu axşam iftarımızı kəndli qardaşlarımızla birlikdə Prezident Külliyəsində – Millətin Evində etdik. İftar süfrəmizi şərəfləndirən bütün kəndli qardaşlarımıza təşəkkür edir, vətən torpaqlarının hər qarışını alın təri ilə işləyən bütün vətəndaşlarımıza sevgilərimi və sayğımı göndərirəm”, – deyə Ərdoğan bildirib.
Musavat.com xəbər verir ki, Türkiyə gündəminin kifayət qədər gərgin olduğu bir vaxtda – İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun həbs edildiyi gün Ərdoğanın bu paylaşımı xüsusi diqqət çəkib.
Ərdoğanın bu paylaşımı ilə heç bir siyasi hadisəyə toxunmaması və sadəcə “adi bir iftar süfrəsi” görüntüsü yaratması “Türkiyədə hər şey öz axarında gedir və mənim müdaxilə edəcəyim heç bir hadisə baş vermir” mesajını vermək kimi qiymətləndirilə bilər. Bu, ölkədəki siyasi proseslər fonunda verilmiş sakitlik görüntüsü yaratmağa hesablanmış bir addım kimi görünür.