Dünya
373
19 Mar 2025 | 22:59

"İmamoğlu işi": Şübhəlilərdən biri 40 milyonla qaçmağa çalışarkən ələ keçdi

İstanbul bələdiyyəsinə dair cinayət təhqiqatı üzrə haqqında saxlanılma qərarı verilən Əli Nuhoğlu üzərində 40 milyon TL ilə qaçmağa çalışarkən tutulub.
 
Moderator.az "TRT Haber"ə istinadən məlumat verir ki, CHP-dəki pulsayma görüntüləri ilə bağlı açılan iş çərçivəsində şahid ifadələri əsasında İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlunun da daxil olduğu 100 nəfər haqqında saxlanılma qərarı verilib.
 
Nuhoğlu da məhz həmin şəxslərdən biridir.
 
Şübhəlilərə qarşı çoxsaylı ittihamlar irəli sürülüb. İstintaq nəticəsində İmamoğlunun cinayətkar şəbəkənin lideri olduğu üzə çıxıb.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər