Mansur Yavaşdan İmamoğluya dəstək: Cavabsız qalmayacaq
Dünya
524
10:48, Bu gün

Mansur Yavaşdan İmamoğluya dəstək: Cavabsız qalmayacaq

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Əkrəm İmamoğlu barəsində çıxarılan həbs qərarı ilə bağlı açıqlama verib.
 
Yavaş “X” hesabından verdiyi açıqlamada sözügedən qərarı tənqid edib.
 
"Bu ölkədə qanunun aliliyini, demokratiyanı və xalqın iradəsini müdafiə edən hər kəs bilməlidir ki, seçilmiş bələdiyyə sədrinə qarşı bu cəhdlər heç vaxt qəbuledilməzdir. Dünən diplomun ləğvi, bu gün səhər tezdən evinin qarşısına toplaşan polis və onun komandasının saxlanılması. Bu mənzərə qanunun aliliyinə uyğun gəlmir.
 
Saxlanma səbəbi bilinməsə də, əvvəllər məhkəməyə gedib ifadə verən bələdiyyə sədrinin bu gün həbsə atılması nəyin göstəricisidir? Həqiqətən ədalət axtarırsınızsa, ilk növbədə hüququn əsas prinsiplərinə əməl etməlisiniz.
 
Bilinməlidir ki, millətin iradəsinə zidd heç bir müdaxilə cavabsız qalmır. Qeyri-qanuni üsullarla, təzyiq və təhdidlərlə həyata keçirilən bu təcrübələrdən ən böyük zərəri demokratiyamız görəcək. Amma biz susmayacağıq! Heç kim unutmasın ki, Əkrəm İmamoğlu tək deyil!”.
Link kopyalandı!
Son xəbərlər