Bizi sosial şəbəkələrdən izləyin:
Xəbər verdiyimiz ki, Rusiyanın Leninqrad vilayətində hərbi helikopter qəzaya uğrayıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi Leninqrad vilayəti ərazisində hərbi Mi-28 helikopterinin qəzaya uğradığını, ekipajın həlak olduğunu təsdiqləyib.
"Mi-28 vertolyotu Leninqrad vilayəti üzərində planlaşdırılmış təlim uçuşu zamanı qəzaya uğrayıb. Ekipaj üzvləri həlak olub, helikopteryaşayış məntəqələrindən uzaqda, boş əraziyə düşüb", - deyə Rusiya MN-dən verilən açıqlamada bildirilib.