Bizi sosial şəbəkələrdən izləyin:
İsveçrənin cənub-şərqində Alp dağlarında kiçik təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində üç nəfər ölüb.
Bu barədə "Associated Press" (AP) məlumat verib.
İlkin məlumata görə, təyyarə Danimarkaya uçurmuş.
"Extra EA-400" təyyarəsi Samedan kommunasından havaya qalxıb. Təyyarə havaya qalxdıqdan iki dəqiqə sonra La Punt Çamueşç kəndinin kənarında qəzaya uğrayıb. Təyyarə tamamilə yanıb.
Ölənlərin şəxsiyyəti hələlik müəyyən edilməyib. Qəzanın mümkün səbəbləri barədə məlumat yoxdur. /Oxu.az/