Trampla Zelenskinin mübahisəsinin pərdəarxası: Qəsdən olub?
Dünya
381
16:52, Bu gün

Trampla Zelenskinin mübahisəsinin pərdəarxası: Qəsdən olub?

"Volodimir Zelenski ilə Oval kabinetdə mübahisə planın bir hissəsi idi".
 
Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə deyib.
 
O bildirib ki, bu, Ukraynanı düzgün addımlar atmağa sövq etmək üçün edilib. ABŞ liderinin sözlərinə görə, vəziyyət çətin idi, lakin indi Kiyev düzgün istiqamətdə hərəkət edir. Tramp, həmçinin əlavə edib ki, ABŞ atəşkəs və sülh sazişi üzərində işləyir.
 
Tramp vurğulayıb ki, ABŞ-dən silah tədarükünün dayandırılması Ukrayna ordusunun döyüş effektivliyinə təsir etməyib.
 
Link kopyalandı!
Son xəbərlər