Bizi sosial şəbəkələrdən izləyin:
Putin Trampın təklif etdiyi bir aylıq atəşkəs dövründə Ukraynaya bütün silah tədarükünün dayandırılmasını tələb edib.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Avropa və Moskvadakı mənbələrə istinadən məlumat yayıb.
Bu zaman minimal hədəf ABŞ tərəfindən dəstəyin dayandırılmasıdır.
Avropada yüksək vəzifəli bir rəsminin sözlərinə görə, Avropa bu tələbi qəbul etməkdə son dərəcə çətinlik çəkir və bu qərarın mümkün fəsadlarından narahatdır.
Çünki bu, Rusiyanın döyüşlər dayandırılarkən silahlanmasını bərpa etməsinə, ancaq Ukraynanın bu imkanı əldə etməməsinə səbəb ola bilər.