Ermənistanın ədliyyə naziri: 
Dünya
458
14:44, Bu gün

Ermənistanın ədliyyə naziri: "Yeni Konstitusiya sülh və təhlükəsizliyə töhfə verməlidir"

"Yeni Konstitusiya sülhə və Ermənistanın təhlükəsizliyinə töhfə verməlidir".
 
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ədliyyə naziri Srbui Qalyan jurnalistlərlə söhbətində deyib.
 
Ermənistanın baş naziri Nikol Paşinyanın yeni Konstitusiyanın "regional əhəmiyyətə" malik olmalı olduğu barədə bəyanatını şərh edən S.Qalyan bildirib ki, söhbət sülhün təmin edilməsinə yönəlmiş sənəddən gedir: "Biz elə hərəkət etməliyik ki, ölkəmizdə sülh və təhlükəsiz mühit bərqərar olsun".
 
Bununla yanaşı, nazirin sözlərinə görə, hazırkı Konstitusiya sülh nizamlanmasına, o cümlədən Azərbaycanla sülh sazişinə mane olmur.
 
S.Qalyan layihə üzərində işin təfərrüatlarını açıqlamayıb, dəyişikliklərin hazırlanma mərhələsində olduğunu və müəyyən mərhələdə ictimaiyyətə təqdim ediləcəyini qeyd edib. O vurğulayıb ki, sülhün təmin edilməsi təkcə Konstitusiyanın yenidən nəzərdən keçirilməsindən deyil, həm də digər qanunlardan, hüquqi aktlardan və hökumətin işindən asılıdır.
 
"Biz sülhün bərqərar olmasına çalışırıq. Xarici siyasətimiz çərçivəsində sülhün təmin olunması və vətəndaşların təhlükəsizlik şəraitində yaşaması üçün hər şeyi edirik", - o vurğulayıb.
 
Fevralın 19-da baş nazir Nikol Paşinyan bəyan edib ki, Ermənistana yeni konstitusiya lazımdır.
Link kopyalandı!
Son xəbərlər