Bizi sosial şəbəkələrdən izləyin:
İsrail hərbçiləri Qəzza zolağına yeni hücuma keçərək anklavın mərkəzi hissəsində yerləşən Əl-Bureyc qaçqın düşərgəsi ərazisinə partlayıcı qurğu yerləşdirən iki fələstinli radikalı hədəfə alıb.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“İki terrorçu Qəzzanın mərkəzindəki Əl-Bureyc bölgəsində İsrail hərbçilərinin yaxınlığında yerə partlayıcı qurğu yerləşdirməyə cəhd edib. Hərbçilər terrorçulara zərbə endirib”, - deyə məlumatda bildirilir.