ABŞ Ermənistana texnika göndərəcək?
Dünya
304
18:35, Bu gün

ABŞ Ermənistana texnika göndərəcək?

ABŞ Silahlı Qüvvələri Almaniyada yerləşən bazalarından avadanlıq və nəqliyyat vasitələrini Ermənistan poliqonlarında yerləşdirməyi planlaşdırır.
 
Bu barədə məlumatı ABŞ-nin dövlət satınalmaları portalını araşdırma çərçivəsində "Russia Today" yayıb.
 
Bildirilib ki, köçürmə Almaniyanın Dülmen bölgəsindəki bazadan Ermənistandakı Zar bazasına edilə bilər.
 
Prosesin iyulun 16-dan avqustun 7-nə qədər davam etməsi gözlənilir.
 
Daşınma üzrə xidmətlərin göstərilməsinə dair tenderdə qeyd olunub ki, avadanlıqların Almaniyaya geri qaytarılması dövrü avqustun 21-dən sentyabrın 20-nə qədər göstərilib.
 
Müqavilə, həmçinin avadanlıqların Ermənistandakı Armavir təlim poliqonundan Gürcüstanın Poti limanına daşınmasını da nəzərdə tutur.
 
Qeyd olunub ki, ümumilikdə nəqliyyat vasitələri, generator və konteynerlər də daxil olmaqla 151 ədəd avadanlığın daşınması planlaşdırılır. /qafqazinfo/
 
Link kopyalandı!
Son xəbərlər