Bizi sosial şəbəkələrdən izləyin:
SEPAH-ın Cavad adlı sabiq zabiti 2022-ci ildə İranda xalq etirazlarının yatırılmasından, eləcə də Tehranda HƏMAS-ın keçmiş lideri İsmayıl Həniyənin öldürülməsindən danışıb.
"Azad İran" "Telegram" kanalı bu barədə İsrailin N12 telekanalına istinadən xəbər verir.
Onun sözlərinə görə, "Mossad" HƏMAS liderinin harada qaldığını, onun otaq nömrəsinədək dəqiqliklə bilirdi. Zabit bildirib ki, bu, İsrail kəşfiyyatının SEPAH-a nə dərəcədə sızdığını göstərir.
Keçmiş SEPAH üzvü qeyd edib ki, Suriyada Bəşar Əsəd rejiminin devrilməsi İrana ən böyük zərbə idi. Əsəd rejiminin süqutuna toxunan Cavad "İsrailin sistemli şəkildə İranın dəstəklədiyi əsas fiqurları hədəfə aldığını" vurğulayıb. O qeyd edib ki, ölkədə korrupsiya, rüşvətxorluq kəskin artıb və insanlar oyanmağa, İslam Respublikasının əsl üzünü görməyə başlayıblar.