Avstraliya Ukraynaya qoşun göndərəcək?
Dünya
324
10:58, Bu gün

Avstraliya Ukraynaya qoşun göndərəcək?

Avstraliya Ukraynaya öz hərbi qulluqçularından ibarət “sülhməramlı kontingent” göndərməyə hazırdır. 
 
Bunu ölkənin baş naziri Entoni Albaneze deyib. 
 
Baş nazir bir daha Kiyevə “möhkəm və sarsılmaz” dəstəyindən danışıb.
 
O, Avstraliyanın Ukraynada gələcək sülhməramlı səylərdə iştirak etmək üçün istənilən müraciətə baxmağa açıq olduğunu bildirib. 
 
Albaneze vurğulayıb ki, sülhməramlı qüvvələrin göndərilməsi Avstraliyanın milli maraqlarına uyğundur, çünki Avro-Atlantikada baş verənlərin Hind-Sakit okean regionu üçün ciddi fəsadları var. 
 
 
Hökumət başçısı xatırladıb ki, Kanberra artıq Kiyevə yardım və Ukrayna ordusunun təlimi üçün 1,5 milyard Avstraliya dolları (950 milyon dollar) göndərib. Albaneze qeyd edib ki, Avstraliya öz imkanlarına əsaslanaraq, lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcək. 
 
 
Xatırladaq ki, martın 16-da Fransa prezidenti Emmanuel Makron bildirib ki, Avropa ölkələri öz sülhməramlılarından ibarət hərbi kontingenti Ukraynanın Kiyev, Lvov və Odessa şəhərlərinə göndərə bilərlər. 
 
Link kopyalandı!
Son xəbərlər