Bizi sosial şəbəkələrdən izləyin:
Moderator.az xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio Rusiya-Ukrayna müharibəsi ilə bağlı CBS News telekanalına müsahibəsində bildirib ki, cəbhədə aktiv döyüşlər dayandırılmayana qədər müharibənin dayandırılması ilə bağlı substantiv danışıqlar başlaya bilməz.
Onun sözlərinə görə, ABŞ-ın Ukraynada sülhə nail olmaq strategiyası “A planı” və “B planı” adlandırdığı iki əsas mərhələni əhatə edir.
“ABŞ-nin A planında əsas hədəfi ilk növbədə atışmanı dayandırmaqdır ki, sonra B Planına- ikinci mərhələyə keçə bilək. Məqsədimiz ya hamını masaya oturtmaq, ya da “Shuttle diplomacy”( prinsipial tərəflər bir-birini görmür, yalnız üçüncü tərəfin vasitəçiliyi ilə danışıqlar aparılır) - “aracı diplomatiya” vasitəsilə bu müharibəni davamlı və hər kəsin ehtiyaclarına hörmətlə yanaşacaq şəkildə bitirmək üçün bir yol tapmaqdır”-deyə Dövlət katibi bildirib.
O, etiraf edib ki, Amerikanın bu planının ikinci mərhələsini həyata keçirmək asan deyil və Rubionun gəldiyi qənaətə görə, birinci mərhələ başa çatmayınca, ümumiyyətlə ona yaxınlaşmaq belə mümkün olmayacaq.
" Neçə ki, onlar bir-birinə atəş açır, müharibənin tam sona çatması üçün danışıqlar aparmaq çətindir, ona görə də prezident atəşkəs istəyir. Məhz, üzərində işlədiyimiz də budur və bunu edə biləcəyimizi güman edirik. Öz- özlüyündə, bu asan olmayacaq. Bu, çox çətin olacaq. Bu çox ağır əmək, hər iki tərəfin güzəşt etməsini tələb edir, amma bu baş verməlidir”-Rubio deyib.