Bizi sosial şəbəkələrdən izləyin:
Andrey Qnatov Ukrayna Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi təyin edilib.
Bu haqda Ukrayna Prezidenti Volodimir Zelenskinin Sərəncamı Prezident Aparatının saytında yerləşdirilib.
Bildirilib ki, Qnatovun təyinatı "qoşunların komandanlığının keyfiyyətini artırmaq məqsədilə" baş tutub. O, son aylarda Baş Qərargah rəisinin müavini vəzifəsində çalışıb.
Baş Qərargahın yeni rəisinə Ukrayna Silahlı Qüvvələrinin şaquli komandanlıq strukturunun səmərəliliyinin artırılması (o cümlədən korpus strukturunun yenidən təşkili və həyata keçirilməsi prosesində), Ali Baş Komandan Qərargahının qərarlarının qəbulu və icrasında operativliyin artırılması, eləcə də hərbi əməliyyatların planlaşdırılması və komandanlığın döyüş təcrübəsinin tətbiqi tapşırılıb.
Dövlət başçısı, həmçinin, Baş Qərargahın sabiq rəisi Anatoli Bargileviçin vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. O, 2024-cü ilin fevralından bu vəzifədə çalışıb.
Bargileviç Müdafiə Nazirliyinin baş inspektoru vəzifəsini davam etdirəcək.