Paşinyan Makronla sülh sazişini müzakirə etdi
Dünya
289
16 Mar 2025 | 22:57

Paşinyan Makronla sülh sazişini müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
 
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
 
"Baş nazir Fransa Prezidentinə Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında müqavilənin mətni layihəsinin razılaşdırılması üzrə danışıqların başa çatdırılması barədə məlumat verib", - məlumatda deyilir.
 
Həmsöhbətlər Ermənistan-Fransa və Ermənistan-Avropa İttifaqı münasibətlərini, eləcə də Cənubi Qafqaz regionu ilə bağlı digər məsələləri də müzakirə ediblər.
Link kopyalandı!
Son xəbərlər